Qaxda 88 sm qar yağıb - FAKTİKİ HAVA
25 fevral 2023 14:21 (UTC +04:00)

Qaxda 88 sm qar yağıb - FAKTİKİ HAVA

Fevralın 26-da və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, gözlənildiyi kimi ölkə ərazisində müşahidə olunan yağıntılar 25-i gecə saatlarından kəsilib. Səhər saatlarına olan məlumatına görə qalan qar örütüyünün hündürlüyü:

Qaxda 88 sm, Şəkidə 29 sm, Qubada 20 sm, Ağdərədə 19 sm, Xaltanda 15 sm, Gədəbəydə 10 sm, Qəbələdə 9 sm, Oğuz, Qusarda 8 sm, Lerik, Qobustanda 3 sm, Yardımlıda 2 sm olub.

Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Şamaxı, Qrız, Salyan, Biləsuvar, Göyçay, Yardımlı, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Külək: Cənub-qərb küləyi arabir Altıağacda 21 m/s, Naftalan, Tovuzda 18 m/s, Ağdam, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 7°-dək şaxta, dağlıq rayonlarda 9-15° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.

Fevralın 26-da və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 15°-dək isti, aran rayonlarında və Naxçıvanda 14-19° isti, dağlıq rayonlarda 3-8° isti olacaq.

# 4029
avatar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57