“Qapanma zərurətə çevrilə bilər” – Tanınmış həkim
09 aprel 2021 19:20 (UTC +04:00)

“Qapanma zərurətə çevrilə bilər” – Tanınmış həkim

Hazırda COVİD-19 virusuna yoluxma sayı sürətlə artır. Hər birimizin ətrafında xəstələnənlər adi hala çevrilib. Heç kimə sirr deyil ki, dövlət hələ pandemiya başlayandan üzərinə düşən bütün vəzifələri icra edir, tədbirlər operativ şəkildə həyata keçirilir, həkimlər məsələyə daha peşəkar yanaşırlar.

Dünya ölkələrinin və əvvəlki dövrdə Azərbaycanın özünün təcrübəsi – ciddi artım varsa və proqnozlar yayılmanın daha da genişlənəcəyini təsdiqləyirsə, qapanma zəruridir. 

Tanınmış həkim Vaqif Qarayev Lent.az-a açıqlamasında yoluxmanın kəskin artımının qarşısının alınmasının yeganə yolunun qapanma olduğunu bildirir: "Təcrübə onu göstərir ki, belə məqamlarda qapanma zəruridir. Mən bir insan kimi qapanmaya qarşıyam. Lakin qapanma olmasa yoluxmanın sayını azaltmaq qeyri mümkündür. Son iki aya qədər, yanvar ayında yoluxma kəskin azalmışdı. Ondan öncə rəsmi məlumat belə idi ki, 62 min aktiv xəstə var. Qapanmadan sonra yoluxma kəskin azaldı. Qapanma olanda yoluxma sayı da azalır, açılanda isə artır. Bu elementar bir şeydir. Əgər 6-7 min aktiv xəstə sayı olacaqsa, o zaman qapanma vacibdir”.

Həkim Vaqif Qarayev

Belə məqamda vaksinasiyaya gedilməsi ən uğurlu addımlardan biri sayılır.

Artıq bir neçə sahədə çalışanların kütləvi vaksinasiyasına start verilib. Bu siyahıda həkimləri, müəllimləri, dünəndən isə jurnalistlərin peyvəndlənməsini göstərə bilərik.

Hazırkı durumda ictimai-iaşə, xidmət sahəsində çalışan şəxslərin mütləq vaksinasiyası labüddür.

Çünki bu sahədə çalışan şəxslər risk qrupuna daxildirlər. Onlar həm özləri yoluxa bilər, həm də çoxlu sayda insanı yoluxdurmaq təhlükəsi yarada bilərlər.

Eyni zamanda zərurət yaranacağı təqdirdə kütləvi qapanmaya da gedilə bilər. Qarşıdan Ramazan bayramı gəlir. Ötən ilin iyununda Ramazan ayı dövründə qapanmanın effektiv nəticələri unudulmayıb.

Etiraf edək ki, məhdudlaşdırma olmayacağı təqdirdə Ramazan ayı dövründə insanların toplaşmasının qarşısını almağın mümkün olmayacağı və yoluxmanın artacağı riski var. Ona görə də, Ramazan ayında kütləvi tədbirlərin keçirilməsi qətiyyən yolverilməzdir. Çünki yoluxma, eyni zamanda xəstəlikdən ölüm sayı artır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2760
avatar

Səbuhi Sədəf

Oxşar yazılar