Pandemiyanın xaricdəki təhsilə təsiri: tələbələr üçün hansı TƏKLİFLƏR VAR?
06 yanvar 2021 16:05 (UTC +04:00)

Pandemiyanın xaricdəki təhsilə təsiri: tələbələr üçün hansı TƏKLİFLƏR VAR?

“Təhlil aparsaq görərik ki, pandemiya ən çox təhsil sahəsinə ciddi təsir göstərib”.

Bu sözləri Lent.az-ın mövzu ilə bağlı suallarını cavablayan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, hazırki dövr magistratura pilləsinə qəbul imtahanları planlaşdırılan aydır:

“Bu o deməkdir ki, həm ölkə daxilində, həm də ölkədən xaricdə təhsil almağa gedənlər üçün imkanların yarandığı aylardan biri yanvar, fevral aylarıdır. Amma pandemiya səsəbindən qəbul prosesində ləngimələr var. Bir çox xarici universitetlər bununla bağlı ciddi addımlar atmağa başlayıblar. Belə ki, Türkiyənin bir çox universiteti tələbələrin qəbul sənədlərini və digər hüquqi prosedurları təhsil alan gəlmədən onlayn qaydada olaraq yerinə yetirəcəkləri barədə məlumat yayıblar. Bu isə ancaq imtahansız qəbul aparılan universitetlərlə bağlıdır”.

Təhsil eksperti qeyd edib ki, bundan başqa bəzi Türkiyə universitetləri  YÖS, SAT və digər imtahanlar vasitəsi ilə qəbul həyata keçirirlər:

“Bununla bağlı isə universitetlərin qərarları bundan ibarətdir ki, imtahanlar Türkiyədə yox, əməkdaşlıq etdikləri ölkələrdə olan mərkəzlər vasitəsilə həyata keçirilsin. Türkiyə 2023-cu ildə ölkəyə 350 min xarici tələbə cəlb etməyi planlaşdırdığı üçün bütün imkanlardan istifadə edərək xarici ölkələrdən gələcək tələbələrin işini rahatlaşdırmağa çalışır. Bunu da deyim ki, artıq ölkədə dərslər fevral, mart aylarında ənənəvi formada başlaması nəzərdə tutulub. Bu mümkün olmasa belə yüksək səviyyədə distant formada tədris prosesi təşkil olunacaq.

Digər tərəfdən Türkiyə tərəfi Azərbaycan ilə hava nəqliyyatını yaxın aylarda açacaq və həftə ərzində 2 dəfə azı təyyarə qəbul edəcək. Digər Avropa və Asiya ölkələri ilə də daha geniş sərhədlər açılacaq. Bu il də ən azı 4 min tələbənin Türkiyədə təhsil almağa getməsi proqnozlaşdırılır. Pandemiya gedişatı gecikdirsə də, qarşısını ala bilmədi. Türkiyə tərəfi, ordakı universitetlər bütün imkanları bizim tələbələrimiz üçün yaradırlar”.

K.Əsədov son olaraq qeyd edib ki, Azərbaycanda təhsil xidmətləri göstərən mərkəzlərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər onları iqtisadi baxımdan böyük itkilərə məruz qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar