Müəllimlərin maaşı nə vaxt artacaq? - Deputat AÇIQLADI
19 yanvar 2023 12:05 (UTC +04:00)

Müəllimlərin maaşı nə vaxt artacaq? - Deputat AÇIQLADI

Vahid Tarif Cədvəli  (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha ço müəllim və həkimlərin maaşları ilə bağlıdır.

Lent.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə,  paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir:

"Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz.

Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir".

# 17952
avatar

Oxşar yazılar

Bakıda 1239 qəzalı bina sökülüb

Bakıda 1239 qəzalı bina sökülüb

1 aprel 2023 , 18:08
Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

1 aprel 2023 , 13:13
Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

1 aprel 2023 , 10:57
Qaxa 7 sm qar yağıb

Qaxa 7 sm qar yağıb

1 aprel 2023 , 09:35
Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə   çox olub

Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə çox olub

1 aprel 2023 , 01:55
“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

31 mart 2023 , 21:07
Sabahın  havası ilə bağlı   XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

31 mart 2023 , 19:53
Bu rayonlara  qar yağıb   - FAKTİKİ HAVA - VİDEO

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA - VİDEO

31 mart 2023 , 19:39