"Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR
10 iyul 2022 11:52 (UTC +04:00)

"Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR

Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində qeydə alınan yanğında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospital olunub.

Lent.az bildirir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə yerində yardım olunub.

Ümumilikdə 9 nəfər hospital olunub, 12 nəfərə yerində yardım olunub.

# 2694
avatar

Oxşar yazılar