Metroda  NASAZLIQ:  Qatar 8 dəqiqə gecikdi
24 may 2023 18:56 (UTC +04:00)

Metroda NASAZLIQ: Qatar 8 dəqiqə gecikdi

Metronun "İçərişəhər" stansiyasında texniki nasazlıq yaranıb. 

Bakı Metropolitenin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu səbəbdən qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.

Bundan sonra xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.

# 2307
avatar

Arzu Qurbanlı

Oxşar yazılar