Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova
19 oktyabr 2021 11:36 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova

“Məktəbli qızlar erkən yaşda ərə verilir” - Sədr müavini

“Məktəbdə təhsil alan qızlarımız erkən yaşda ərə verilir”.

Lent.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığı media müstəvisində" adlı təlimdə deyib.  

O bildirib ki, qızlarda 7 və ya 8-ci sinifdən bu fikir formalaşdırılır:

“Müəllim bunu görüb psixoloqa müraciət etmirsə, bu işdə o da günahkardır. Qızın qiymətlərinin aşağı düşməsi, dərsdən yayınması məktəb kollektivinin nəzarətində olmalı və araşdırılmalıdır”.

S.Qəhrəmanova qeyd edib ki, ölkədə qadın və uşaq sığınacaqlarının çoxalması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib: 

"Ölkədə məişət zorakılığından əziyyət çəkənlər üçün QHT-lər tərəfindən yaradılan 10, Nazirlik tərəfindən isə bir sığınacaq fəaliyyət göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2322
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar