Marketlərdə satılan saxta “kərə yağları” – Belə aldadırlar
22 noyabr 2022 13:03 (UTC +04:00)

Marketlərdə satılan saxta “kərə yağları” – Belə aldadırlar

Bu gün müxtəlif kimyəvi maddələr vasitəsilə hazırlanmış süni yağların “kərə yağı” adı ilə marketlərdə satıldığını tez-tez müşahidə edirik.

Maraqlıdır, görəsən, təbii kərə yağı süni kərə yağından hansı xüsusiyyətlərinə görə, fərqlənir?

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, əvvəllər dadına, rənginə görə təbii kərə yağını seçmək daha asan olurdu:

“Amma bu gün işbazlar süni spred, trans yağlarına elə dadlandırıcılar əlavə edirlər ki, həmin yağların rəngi, qoxusu və dadı təbii kərə yağından fərqlənmir. 

Təbii kərə yağını bıçaqla kəsdikdə qırıq-qırıq olur. Amma süni yağı bıçaqla kəsdikdə belə olmur”. 

\Mütəxəssisin sözlərinə görə, yağ alarkən onun qiyməti də önəmlidir: 

“Bəzi şəxslər deyirlər ki, süni yağlar da bahalıdır. Bir kiloqram normal kərə yağının əmələ gəlməsi üçün 25 litr süddən istifadə olunur. Bu gün bir kilosu iki-üç manata satılan kərə yağları var. Keyfiyyətli kərə yağıdırsa, kilosu necə 2-3 manata satıla bilər? Ona görə də yağ alarkən onun qiymətinə də diqqət etməliyik”.

# 10671
avatar

Arzu Qurbanlı

Oxşar yazılar