Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - VƏKİLDƏN AÇIQLAMA
18 aprel 2025 13:16 (UTC +04:00)

Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - VƏKİLDƏN AÇIQLAMA

Xəbər veridiyimiz kimi, ötən gün faəliyyətinə icazə verilən plastik cərrahların siyahısı açıqlandı. 

Plastik cərrahiyyə ilə məşğul olan həkimlərin sertfikasiyasının (lisenziyasının) yoxlanılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin, Elm və Təhsil Nazirliyinin və Baş Prokurorluğunun nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komisiyasının qərarı ilə bir sıra plastik cərrahlarının lisenziyası ləğv edildi. 

Belə olan halda lisenziyası ləğv edilmiş cərrahların aqibəti necə olacaq? Onlar yenidə fəaliyyət göstərə biləcəklərmi? 

Lent.az-ın bu suallarına vəkil Asim Abbasov aydınlıq gətirib: 

Vəkil Asim Abbasov

"İlk əvvəl qeyd edim ki, Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin, Elm və Təhsil Nazirliyinin və Baş Prokurorluğun nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının həkimlərin icazə sənədlərini ləğv etmək kimi bir səlahiyyətinin olması qanunvercilikdə nəzərdə tutulmayıb. Eyni zamanda sertifikasiya sənədinin vaxtından əvvəl ləğvi də qanunvericilikdə nəzərdə tutulmayıb. 

Xüsusi Təftiş Komissiyasının qərarı ilə lisenziyası ləğv edilmiş həkimlərin həmin qərarı inzbati qaydada məhkəmədə mübahisələndirmək hüququ var. Qanunvericilik  yaranmış mübahisəyə məhkəmə tərəfindən baxılıb yekun qərar qəbul edilənədək həkimlərin öz əmək fəaliyyətini davam etdirməsinə icazə verir. Belə ki, qanunvericiliyə görə həkimlərin məhkəmə mübahisəsinin gedişində öz fəaliyyətlərini davam etdirmək, yəni işləmək  hüquq vardır. 

Həkimlərin belə bir hüquqlarının olması qanunvericlikdə nəzərdə tutulmuş müvəqqəti xarakterli müdafiə tədbirinin mahiyyətinə uyğundur. Belə ki, lisenziyasının ləğv edilməsi barədə Xüsusi Təftiş Komissiyasının qərarını inzibati qaydada mübahisələndirmiş həkim eyni zamanda məhkəməyə Xüsusi Təftiş Komissiyasının qərarını icrasının dayandırılması, yəni öz əmək fəaliyyətinə davam etməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəyə müraciət edə bilər.  Məhkəmə tərəfindən ərizə təmin edildikdə isə həkim öz əmək fəaliyyətinə davam edə bilər. Yəni bu halda lisenziyası ləğv edilmiş həkim cərrahi əməliyatlar həyata keçirə bilər".   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2984

Oxşar yazılar

Sabah qırmızı səviyyəli maqnit qasırğası  olacaq - XƏBƏRDARLIQ

Sabah qırmızı səviyyəli maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

4 iyun 2025 , 21:48
Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO

Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO

4 iyun 2025 , 20:28
Keçmiş prezident  parkda bələdçi   işləyir

Keçmiş prezident parkda bələdçi işləyir

4 iyun 2025 , 19:20
Pensiyaçılara ŞAD XƏBƏR:  Pullar vaxtından əvvəl ödəniləcək

Pensiyaçılara ŞAD XƏBƏR: Pullar vaxtından əvvəl ödəniləcək

4 iyun 2025 , 17:57
Xanlar Vəliyev metroda - FOTO

Xanlar Vəliyev metroda - FOTO

4 iyun 2025 , 17:42
6 prokuror HAKİM OLDU

6 prokuror HAKİM OLDU

4 iyun 2025 , 17:40
Leysan, sulu qar, dolu  - Hava XƏBƏRDARLIĞI

Leysan, sulu qar, dolu - Hava XƏBƏRDARLIĞI

4 iyun 2025 , 16:58
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

4 iyun 2025 , 16:44