Koronavirusdan ölənlərin sayı artdı -  SON STATİSTİKA
28 oktyabr 2021 17:33 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayı artdı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489032 nəfər müalicə olunaraq sağalıb, 6995 nəfər vəfat edib, aktiv xəstə sayı 28761 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13827, ötən müddət ərzində isə ümumilikdə 5158035 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4752
avatar

Oxşar yazılar