Koronavirus daha 27 nəfəri öldürdü -  SON STATİSTİKA
27 oktyabr 2021 16:33 (UTC +04:00)

Koronavirus daha 27 nəfəri öldürdü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib, aktiv xəstə sayı 27728 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, ötən müddət ərzində isə ümumilikdə 5 144 208 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5781
avatar

Oxşar yazılar