Klassik avtomobillər
29 may 2022 18:03 (UTC +04:00)

Klassik avtomobillər

Klassik avtomobillərin sərgisi keçirildi- FOTO-YENİLƏNİB

Bu gün klassik maşınların sərgisi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə klassik avtomobillərin sərgisi keçirilib.

Bundan başqa, 1982-ci ilədək istehsal olunan klassik avtomobillərdən ibarət yürüş Heydər Əliyev Mərkəzinin qarşısından Bakı şəhəri üzrə start götürüb.

***

28 may saat 11.36

Sabah Bakıda klassik avtomobillərin yürüşü olacaq. 

Lent.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.

1982-ci ilədək istehsal olunan klassik avtomobillərdən ibarət yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

İştirakçılar və tamaşaçılar arasında müsabiqələr keçiriləcək və qaliblər AAF tərəfindən mükafatlandırılacaq. Qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.

 

# 6189
avatar

Nigar Namiq

Oxşar yazılar