Kimsəsizlər necə peyvənd olunacaqlar? - Nazirlikdən AÇIQLAMA
19 fevral 2021 14:51 (UTC +04:00)

Kimsəsizlər necə peyvənd olunacaqlar? - Nazirlikdən AÇIQLAMA

“Yaşayış yerindən asılı olmayaraq şəxsiyyət vəsiqəsi olan vətəndaşlar peyvəndləmə mərhələsinə uyğun olaraq poliklinikaya yaxınlaşaraq peyvənd oluna bilər”.

Bunu Lent.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib.

Son günlər havanın temperaturunun aşağı düşməsi kimsəsiz, küçədə gecələyən insanların həyatını da təhlükəyə atır. Bununla yanaşı, koronavirus təhlükəsi də onlar üçün ikiqat problem yarada bilər. Deməli, bu insanların da COVID-19 əleyhinə peyvənd olunması aktual mövzudur.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına görə, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı peyvəndlənməsi nəzərdə tutulub. Belə bir vəziyyətdə küçədə yaşayanların aqibəti necə olacaq? Onlar peyvənd olunmaq üçün nə etməlidirlər?

Elvin Hacıyev bildirir ki, peyvəndləmə prosesi könüllü həyata keçirilir:

“Hər kəs şəxsiyyət vəsiqəsi ilə polikilinalara yaxınlaşaraq peyvənd oluna bilərlər. Sənədi olmayan vətəndaşlar isə şəxsiyyətlərini təstiq edə biləcək sənəd əldə etmək üçün müvafiq orqanlara müraciət etməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar