Təhsil üzrə ekspert Kamran Əsədov
05 mart 2021 12:05 (UTC +04:00)

Təhsil üzrə ekspert Kamran Əsədov

IX sinif buraxılış imtahanları ilə bağlı YENİ MODEL

Təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkə hesabından IX sinif şagirdləri üçün yeni model buraxılış imtahanını açıqlayıb. 

Lent.az xəbər verir ki, imtahan bir mərhələdə keçiriləcək. 

Kamran Əsədov qeyd edir ki, tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən keçiriləcək:


“Suallar 5-ci sinifdən başlayaraq 9-cu sinfin 1-ci yarımilində keçilmiş materiallardan olacaq. İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığı veriləcək. 
Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır”. 
Qeyd edək ki, imtahanın davametmə müddəti 3 saatdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10710
avatar

Nigar Adil

Oxşar yazılar