İnsan hansı dövrlərdə daha sürətlə qocalır?
20 mart 2025 19:14 (UTC +04:00)

İnsan hansı dövrlərdə daha sürətlə qocalır?

Alimlər qocalmanın sürətləndiyi üç əsas yaş dövrünü müəyyən ediblər. Stanford Universitetinin Altsheymer xəstəliyini öyrənən tədqiqat mərkəzinin alimləri qan plazmasının tərkibini araşdıraraq qanda olan bəzi zülalların konsentrasiyasının insanın qocalma prosesinin əsas mərhələlərini göstərə biləcəyini müəyyən ediblər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, genişmiqyaslı araşdırmaya 18-95 yaş aralığında 4263 nəfər qatılıb. Təhlil göstərib ki, qocalma prosesi bərabər şəkildə getmir, əksinə müəyyən dövrlərdə sürətlənir və ciddi dəyişikliklər baş verir.

Qocalmanın sürətləndiyi 3 əsas yaş dövrü

Alimlər insan orqanizmində kəskin fizioloji dəyişikliklərin baş verdiyi üç əsas yaş dövrünü müəyyən ediblər:

34 yaş – Gəncliyin son həddi. Bu yaşdan sonra orqanizmin bəzi funksiyalarında tədricən azalmalar müşahidə olunur.

60 yaş – Gec yaş dövrünə keçid. Maddələr mübadiləsində və orqanizmin əsas funksiyalarında ciddi dəyişikliklər baş verir.

78 yaş – Dərin qocalıq dövrü. Orqanizmdə əsas sistemlərin fəaliyyəti zəifləyir, sağlamlıq problemləri daha çox özünü büruzə verir.

Bu yaş dövrlərində qanda bəzi zülalların konsentrasiyasında kəskin dəyişikliklər baş verir. Bu dəyişikliklər maddələr mübadiləsinə və müxtəlif orqan sistemlərinin fəaliyyətinə təsir göstərir.

Qocalmanın kişilər və qadınlar arasındakı fərqləri

Tədqiqatçılar müəyyən ediblər ki, kişilərlə qadınların qocalma prosesi fərqli gedir. Yaşla dəyişən 1379 zülaldan 895-i kişilərdə daha dəqiq qocalma əlamətləri göstərir. Bu, bioloji yaşlanmanın təkcə yaşdan deyil, həm də cinsiyyətdən asılı olduğunu göstərir.

Fizioloji yaş xronoloji yaşdan fərqli ola bilər Araşdırma zamanı bəzi iştirakçılarda pasportda göstərilən yaşla orqanizmin faktiki fizioloji yaşı arasında fərqlər olduğu müşahidə edilib. Bu, qocalmanın fərdi bir proses olduğunu və genetika, həyat tərzi və ümumi sağlamlıq vəziyyəti kimi bir çox amillərdən asılı olduğunu sübut edir.

Qocalmanı ləngitmək üçün nə etməli?

Alimlər yaşlanma prosesini yavaşlatmaq üçün aşağıdakı tövsiyələri verirlər:

Balanslı qidalanma (kifayət qədər zülal, antioksidant və sağlam yağlar istehlak etmək)

Mütəmadi fiziki aktivlik

Orqanizmdə iltihab səviyyəsini nəzarətdə saxlamaq

Stresi azaltmaq, çünki yüksək stres səviyyəsi qocalmanı sürətləndirə bilər. Bu tədbirlər gəncliyi qorumağa və həyat enerjisini saxlamağa kömək edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1114

Oxşar yazılar