İlin ilk  Ay tutulması   başladı
16 may 2022 07:29 (UTC +04:00)

İlin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Saat 07:29-da başlayan Ay tutulması 08:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

# 1482
avatar

Oxşar yazılar