"Hyundai"a ETİRAZ:  "Bütün məsuliyyəti onlar daşıyır" - FOTO
31 mart 2022 16:07 (UTC +04:00)

"Hyundai"a ETİRAZ: "Bütün məsuliyyəti onlar daşıyır" - FOTO

“Hyundai Azerbaijan”la bağlı sosial şəbəkələrdə şikayət yayılıb.

Lent.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, o çox xərcə düşüb və bunun bütün məsuliyyətini  “Hyundai Azerbaijan”ın üzərinə atıb:

Şikayətçi qeyd edir ki, avtomobilində ( Hyundai Avante 2016, 1.6 diesel) P1223 - "EGR, Exhaust Gas Recirculation" - EGR, İşlənmiş qazın təkrar dövriyyəsi və  P0473 Differential pressure sensor - diferensial təzyiq sensoru ilə bağlı problemlər yaranıb.

Bununla bağlı “Hyundai Azerbaijan”ın Xırdalandakı rəsmi servisinə müraciət edib. Həmin problemlər servisdə diaqnostika edilib.

Servis isə problemlərin EGR sisteminin bağlanması, yəni ləğv edilməsini təklif ediblər.

Daha sonra isə müştəri Biləcəri qəsəbəsində olan “Motel servis”ə yönləndirilib. Orda isə şikayətçi şəxs 220 manat ödəməklə EGR sistemini ləğv etdirib.

EGR sistemi ləğv edildikdən sonra isə avtomobildə əvvəl olmayan yeni problemlər də üzə çıxıb.

Belə ki, benzin sərfiyyatının 2 dəfə artıb (5-5.7 olan sərfiyyat indo 11.4-12 oldu), avtomobilə yüngül qaz verəndə boğulma, göy rəngdə tüstü çıxır və dizelin qoxusunun salona yayılıb.

Şikayətçi bildirir ki, əvvəllər maşınında belə problemlər olmayıb:

“Sonda qeyd etmək istərdim ki, EGR sisteminin bağlanması (mən sonradan araşdıraraq öyrənmişəm) bir başa olaraq maşının konfiqurasiyasına ziddir və “Hyundai Azerbaijan “ustalarının” bu nüansı bilməməsi isə ayrı bir tragikomediyadır.

Mənə dəyən bütün maddi və mənəvi zərərə görə bir başa olaraq “Hyundai Azerbaijan” və onların məlumatsız “ustaları” məsuliyyət daşıyır”.

Qeyd edək ki, iddia ilə bağlı “Hyundai Azerbaijan”la əlaqə saxlamağa çalışsaq da, alınmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2356

Oxşar yazılar