Baş prokurorun müavini Monqolustanda beynəlxalq tədbirdə iştirak etdi
05 iyun 2025 16:05 (UTC +04:00)

Baş prokurorun müavini Monqolustanda beynəlxalq tədbirdə iştirak etdi

Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci ilin iyunun 4-5-də Monqolustanın Ulan-Bator şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 10-cu Regional Konfransında iştirak edib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Mərkəzi Asiya və Avropa ölkələrinin prokurorluqlarını bir araya gətirən mötəbər tədbirin rəsmi açılış mərasimində Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux konfrans iştirakçılarını salamlayıb, tədbirin işinə uğurlar arzulayıb və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Konfrans çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı, sosial medianın müasir çağırışlar fonunda hüquqi aspektləri və kibercinayətkarlıqla mübarizə sahəsinə təsiri kimi aktual məsələlər müzakirə olunub.

Baş prokurorun müavini Heydər Məmmədov konfransda təqdimatla çıxış edərək, tərəqqi yönümlü islahatların informasiya-kommunikasiya texnologiyaları, suni intelekt və rəqəmsal media sferalarını da əhatə etdiyini vurğulanıb.

Bu kontekstdə sosial mediadan daha səmərəli istifadə məsələlərinə də toxunan Heydər Məmmədov təhlükəsiz sosial media mühitinə xidmət edən hüquqi tənzimləmə mexanizmlərinin tətbiqi imkanlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Heydər Məmmədov medianın və sosial şəbəkələrin cinayətlərin aşkar olunması, onların qarşısının alınmasında effektiv istifadə edilməsi, Azərbaycanda sosial media sahəsində normativ hüquqi bazanın gücləndirilməsi və bu kontekstdə beynəlxalq tələblərə cavab verən standartların tətbiqi istiqamətində keçirilən tədbirlər barədə məlumat verib.

Həmçinin Bakıda uğurla keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının beynəlxalq hüquq əməkdaşlığına verdiyi töhfə xüsusi vurğulanıb.

Tədbirin gedişində Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqınla, habelə Çin, Nepal, Avstriya, Zimbabve, Tajikistan və Qazaxıstan kimi ölkələrin prokurorluq nümayəndələri ilə görüşlər keçirərək hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar