Kosmetika yeyən 24 yaşlı “TikTok” fenomeni qəfil öldü
06 iyun 2025 06:29 (UTC +04:00)

Kosmetika yeyən 24 yaşlı “TikTok” fenomeni qəfil öldü

“TikTok”da “Guava Beauty” (Quava gözəlliyi) kimi tanınan tayvanlı fenomen qız dodaq boyası və üz maskaları kimi kosmetik maddələri yediyi videoları ilə tanınırdı.

Lent.az xəbər verir ki, 24 yaşlı gənc qadının bu təhlükəli hərəkətləri onun ölümü ilə nəticələnib.

Tayvanda sosial media fenomeni olan 24 yaşlı Guava Şuişui təhlükəli məzmunlu videoları ilə tanınırdı.

Gənc qadın Instagram və TikTok-da dodaq boyası, pudra, üz maskaları və hətta süngər kimi kosmetik məhsullar yediyi videoları ilə böyük bir izləyici kütləsinə çatıb.

Lakin ötən ayın 24-də gənc qız qəfildən dünyasını dəyişib. Onun ölüm səbəbi ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar