Bloqer Hüseyn Həsənov Bakıda özünə ad günü edib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, 31 yaşını qeyd edən bloqerin ad günündə Əməkdar artist Ədalət Şükürov, aktyorlar Müşviq Şahverdiyev, Nicat Rəhimov, Ramin Hacıyev, meyxanaçı Pərviz Bülbülə və digərləri iştirak ediblər.
Qeyd edək ki, Hüseyn Rusiyada 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. Onun barəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarış elan olunub və qiyabi həbs qərarı verilib.