Timsah azyaşlını çayda yedi
06 iyun 2025 10:56 (UTC +04:00)

Timsah azyaşlını çayda yedi

Keniyada timsah yeddi yaşlı uşağı yeyib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Uest Pokot qraflığında baş verib. Linqan Lotux Isayah dostları ilə Turkvel çayında çimərkən timsah onu suyun altına sürükləyib. Bu zaman digər uşaqlar çaxnaşma içində qışqırıblar.

Xilasedicilər yerli sakinlər və təbiətin mühafizəsi əməkdaşlarının iştirakı ilə aparılan axtarışlardan sonra parçalanmış cəsəd aşkar ediblər.

Turkvel çayı timsahların çox olması ilə məşhurdur. Lakin mərkəzləşdirilmiş su təchizatı olmadığından yerli sakinlər özlərini təhlükəyə atmağa və su üçün çaya gəlməyə məcbur olurlar.

Səlahiyyətlilər valideynləri daha çox sayıq olmağa çağırıb və əlavə tədbirlərin görüləcəyinə açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar