Otel seçimi tətil zamanı ediləcək ən vacib işlərdən biridir. Düzgün otel seçimi istirahətə bir başa təsir edir.Bütün gün gəzdikdən, yorğun düşdükdən sonra otelə gələndə, otağın pəncərəsinin çirkli, yaxud səs-küylü küçəyə açılması heç də xoş hal deyil.
Bəs bu cür məyusluqla üzləşməmək üçün nələr etmək lazımdır?
Lent.az xarici mediaya istinadən xəbər verir ki, otel biznesi mütəxəssisləri eyni məbləğlə daha yaxşı otaq kirayələmək üçün maraqlı tövsiyyələr verirlər.
Otağı birbaşa bron edin
Arzuolunmaz otaqdan qaçmağın ən sadə yolu saytlardan yox, birbaşa otelin özündən bron etməkdir. Otel nümayəndəsi ilə telefonla danışmaqdır. Belə bir söhbət təkcə rahat şərait seçməyə deyil, həm də əlavə üstünlüklər əldə etməyə kömək edə bilər. Məsələn, transfer xidməti, restoranda masa bron edilməsi və ya şəhərdə istirahət məsləhətləri. Kiçik otellərdə bu daha asandır, lakin böyük otellərdə də yerli personal ilə əlaqə saxlamağa çalışın. Birbaşa bron həm də daha yaxşı qiymət verə bilər. Daimi müştərilər çox vaxt loyallığa görə yenilənmiş və ya təkmilləşdirilmiş otaqlar əldə edirlər.
Bəzi otellərdə loyallıq proqramlarının iştirakçıları Google Maps xəritəsində otaq seçə bilirlər. Ən yaxşı variantı əldə etmək üçün isə səyahətdən 4-8 həftə əvvəl bron etmək tövsiyə olunur.
Otaq seçərkən istəklərinizi aydın şəkildə bildirin
Bron edərkən öz istəklərinizi dəqiq ifadə edin. Məsələn, sizin üçün nəyin daha vacib olduğunu bildirin: gözəl mənzərə, liftə yaxınlıq, yoxsa çarpayı sayı. Otaqlar adətən bütün istəklərə eyni anda uyğun olmur, buna görə də nədən imtina edə biləcəyinizi öncədən bilməyiniz vacibdir. Həmçinin, əgər mühüm bir günü qeyd edəcəksinizsə, bunu da çəkinmədən bildirin. Bəzən otel nümayəndələri sizə xoş sürprizlər gətirə bilər, məsələn, pulsuz içki və ya otaq yeniləməsi.
Loyallıq proqramlarına qoşulun
Otelin loyallıq proqramlarında iştirak etmək pis otaqdan qaçmağın daha bir yoludur. Belə müştərilər tez-tez əlavə üstünlüklər alırlar: pulsuz Wi-Fi, daha ucuz qiymətlər, əlavə xidmətlər və ya daha yaxşı otaqlar. Xüsusilə gələcək səfərlər üçün ballar yığan müştərilərə otellər üstünlük verirlər.
Gəldiyiniz gün zəng edin
Bir çox mütəxəssislər qeyd edirlər ki, yerləşmə gününün səhərində otelə zəng etmək və özünüzü xatırlatmaq faydalıdır. Otaqlar adətən səhər bölüşdürülür və sonradan dəyişiklik etmək gec ola bilər. Belə zəng otağın istəklərinizə uyğun seçilmə ehtimalını artırır.
Düzgün vaxtda gəlin
Ən yaxşı yerləşmə vaxtı 16:45-dən 18:00-dəkdir. Əgər çox tez gəlsəniz, sizə ilk boş otağı verə bilərlər, çünki ən yaxşı otaqlar hələ təmizlənir və ya doludur. Çox gec gəlsəniz qalan otaqları almaq və ya başqa otelə yönləndirilə bilərsiniz. Pik saatlarda 8:00-dan 9:30-a və 18:00-dan 20:00-dək otelə yerləşməkdən çəkinin, bu zaman qeydiyyat masasında növbələr və tələskənlik olur.
Nəzakətli olun
Mehribanlıq yaxşı otağın açarıdır. Qeydiyyat masasında işləyənlərlə söhbət edin, hal-əhval soruşun. Personal çox vaxt hansı otaqların ən yaxşı olduğunu yaxşı bilir.Həmçinin, boş yaxşılaşdırılmış variantların və ya lüks otaqların olub-olmadığını soruşmaqdan çəkinməyin. Əgər yaxşı otaq hələ hazır deyilsə bir qədər gözləməyə dəyər, səbir bəzən öz bəhrəsini verir.
Beynəlxalq səfərlərdə yerli dili bilmək də kömək edə bilər. Hətta bir neçə cümləlik yerli dil personalın sizə xoş sürpriz daha yaxşı otaq təqdim etməsi ehtimalını artıra bilər.