İyunun 6-sı saat 10:00-a olan olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.
Yağıntı miqdarı
Düşən yağıntının miqdarı Qusarda 24, Qaxda 13, Şirvan və Şamaxıda 10, Qubada 8, Şahdağ, Qobustan və Şəkidə 5, Altıağac, Xaltan, Şabran və Zaqatalada 4, Qəbələ, Neftçala və Balakəndə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göyçay, Oğuz, Daşkəsən, Gədəbəy, Şahbuzda 1 mm-dir.
Havanın minimal temperaturu
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 18, Aran rayonlarında 20, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınır.