Meydandakı əsas mövqelərə görə müxtəlif reytinqlərə bölünən planetin 100 ən yaxşı futbolçusunun siyahısı tərtib edilib.
Lent.az bildirir ki, ESPN-in məlumatına görə, fransalı Kilian Mbappe hazırda dünyanın ən yaxşı mərkəz hücumçusu kimi tanınıb. “Real”ın hücumçusu bu nominasiyada Robert Levandovski (“Barselona”) və Harri Keyni (“Bavariya”) qabaqlayıb.
Mbappenin komanda yoldaşı britaniyalı Cud Bellinqem dünyanın ən yaxşı hücumameyilli yarımmüdafiəçisi seçilib, onu Florian Virts (“Bayer”) və Camal Musiala (“Bavariya”) tutub.
Premyer Liqanın ötən mövsümün bombardiri, "Liverpul"un futbolçusu Məhəmməd Salah "Barselona"nın iki futbolçusu Lamin Yamal və Rafinyanı qabaqlayaraq, ən yaxşı cinah oyunçuları siyahısına başçılıq edir.
Dünyanın ən yaxşı müdafiəçiləri kateqoriyasına mərakeşli Əşrəf Hakimi (PSJ) başçılıq edir, ondan sonra Trent Aleksander-Arnold (“Real”) və Jyul Kunde (“Barselona”) gəlir.
"Dünyanın ən yaxşı mərkəzi yarımmüdafiəçisi" kateqoriyasında mükafat Deklan Rays (“Arsenal”) və Federiko Valverdeni (“Real”) ötmüş Pedriyə (“Barselona”) verilir.
"Real"ın belçikalı qapıçısı Tibo Kurtua dünyanın ən yaxşı qapıçısı seçilib. O, həmkarları Alisson (“Liverpul”) və Canluici Donnarummanı (PSJ) geridə qoyub.
Ən yaxşı futbolçuların siyahısı ilə yanaşı, planetin ən bahalı futbolçusu da məlum olub ki, o, 402,3 milyon avro dəyərində “Barselona”nın 17 yaşlı cinah oyunçusu Lamin Yamaldır.