ABŞ-ın İllinoys ştatında 6 yaşlı oğlanın ad günü şənliyi faciə ilə başa çatıb. Uşaq balondan helium qazını udduqdan sonra ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, ölümün dəqiq səbəbini təsdiqləmək üçün əlavə müayinələr aparılacaq.
Polis vurğulayıb ki, görünən zərərsizliyinə baxmayaraq, şarlar kiçik uşaqlar üçün ciddi təhlükə, o cümlədən nadir, lakin ölümcül boğulma və helium zəhərlənməsi halları yarada bilər.