İki erməni Azərbaycan ərazisinə  keçdi - İDDİA
06 iyun 2025 12:30 (UTC +04:00)

İki erməni Azərbaycan ərazisinə keçdi - İDDİA

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.

Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.

Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar