Rusiyanın Altay diyarında gənc qız binadan yıxılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Barnaul şəhərinin Putilovskaya küçəsində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, qız çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanında ilişib qalmış pişik balasını xilas etməyə çalışırmış. Lakin bu zaman o, yıxılaraq 10-cu mərtəbənin damına, yəni binanın başqa mərtəbəsinə düşüb. Əraziyə polis və təcili yardım çağırılıb.
Onlar zərərçəkmişə dərhal çata bilmədiklərindən xilasediciləri köməyə çağırıblar.
Xilasedicilər qızın köməksiz vəziyyətdə qaldığı damın üstünə çıxmaq üçün motorlu kəsicidən istifadə ediblər. O, huşunu itirib, lakin ayaqlarındakı şiddətli ağrılardan şikayətlənib. Qız damdan çıxarılaraq təcili yardıma aparılıb. Onun xəsarətlərinin xarakteri barədə məlumat verilmir.