Hər gün nə üçün bu suyu içmək lazımdır? – CAVAB
02 avqust 2022 18:45 (UTC +04:00)

Hər gün nə üçün bu suyu içmək lazımdır? – CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu sarıkök əlavə olunmuş suyun xeyirləri ilə bağlıdır. 

Mütəxəssislər hər gün sarıköklü su içməyi tövsiyə edirlər. Çünki bu içki güclü iltihab əleyhinə təsirə malikdir.

Bəs, bu içkinin başqa hansı xeyirləri var? 

Sarıköklü su həmçinin qaraciyərin sağlamlığını qoruyur, bu orqanın işini asanlaşdırır, damarları möhkəmləndirir, arterial təzyiqi və qan laxtalanması proseslərini tənzimləyir.

Sarıkökün müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün ədviyyatı az miqdarda ilıq suya əlavə edib yaxşı qarışdırmaq, daha sonra isə içmək lazımdır. 

Sarıkökün iltihab əleyhinə təsirini qlükokortikoidlərə aid olan kortizonun təsiri ilə müqayisə etmək olar. Kortizon orqanizmdə iltihabla bağlı olan xəstəliklərin müalicəsində çox geniş istifadə olunur. Araşdırmalar sübut edib ki, müntəzəm olaraq su ilə qəbul olunan sarıkök orqanizmə təbii kortizon kimi təsir edir, iltihabları dəf edən mexanizmləri aktivləşdirir. 
 

# 2193
avatar

Sevinc Fərid

Oxşar yazılar