Hazırda yaxşıyam - Hande Harmancı da peyvənd olundu
15 fevral 2021 14:12 (UTC +04:00)

 Hazırda yaxşıyam - Hande Harmancı da peyvənd olundu

“Nə qədər çox insan sürətli şəkildə vaksinasiyadan keçsə, pandemiya ilə mübarizə o qədər effektiv olar. Hər kəsi mümkün olduğu zaman peyvənd olunmağa dəvət edirəm”.

Lent.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı koronavirusa qarşı peyvənd olunan zaman mətbuata açıqlayıb.

Hande Harmancı  birinci doza peyvənd olunduqdan sonra özünü yaxşı hiss etdiyini deyib:

“Bu gün birinci doza vaksinasiyadan keçdim. Vaksindən sonra işə getdim, hazırda yaxşıyam”.

Qeyd edək ki, ölkədə Çinin "Sinovac" şirkətinin istehsalı olan "Coronavac" vaksinindən istifadə olunur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248
avatar

Nigar Adil

Oxşar yazılar