Havada toz müşahidə olunur
18 mart 2024 09:23 (UTC +04:00)

Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarında Bakıda və Abşeron  yarımadasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Lent.az-a bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır. 

"Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar  ölkə ərazisinə  Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır. 
 
Tozlu hava şəraitinin  gün   ərzində davam edəcəyi  gözlənilir”.

# 2289
avatar

Fidan İlqar

Oxşar yazılar