Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
18 yanvar 2021 11:41 (UTC +04:00)

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək  çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur. 

Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9123
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar

Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

28 iyun 2024 , 10:01
Bakıda bu yollarda sıxlıq var - Siyahı

Bakıda bu yollarda sıxlıq var - Siyahı

28 iyun 2024 , 08:22
Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

28 iyun 2024 , 05:25
Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21