Hacı Nuran
27 mart 2023 18:22 (UTC +04:00)

Hacı Nuran

Hacı Nuranın vəziyyəti pisləşdi - Almaniyadadır

Aparıcı Hacı Nuran Hüseynovun vəziyyəti bir neçə gün öncə anidən pisləşib.

Lent.az oxu.az-a istinadən xəbər verir ki, aparıcı dərhal müayinə üçün Almaniyaya yollanıb.

Xatırladaq ki, Nuran Hüseynov illərdir xərçəng xəstəliyindən əziyyət çəkir.

Hacı Nuranın köməkçisi Zakir Quliyev deyib ki, onun vəziyyəti anidən pisləşib:

“Nuranı dörd gün olar ki, yola salmışam. Getməmişdən iki gün öncə vəziyyəti pisləşdi. Qızdırması qalxdı, sol tərəfdə çənəsinin altında vəzi şişmişdi. Düşünürəm ki, müayinəyə uzun müddətdir getmədiyi üçün bu hal aşkarlandı. İldə bir dəfə də olsun o müayinə üçün getməlidir. Lakin bir müddətdir ki, o gedə bilmirdi. Karantindən sonra bircə dəfə gedib”.

Z.Quliyev analizlərin cavabının hələ çıxmadığını qeyd edib:

“Hər gün mütəmadi olaraq əlaqə saxlayıram. Danışığından vəziyyətini bilmək olmur. Yola salanda çox halsız idi. Möhkəm olmağa çalışır. Düşünürəm ki, analizlərinin cavabı hələ çıxmayıb. Bu səbəbdən məlumat vermir. Belə olanda da tam danışmaq mümkün olmur. Lakin cavablarının çıxmadığından əminəm. Hacının vəziyyəti kəskin ağır deyil”.

Zakir Quliyev sonda bu gün ərzində hələ Nuran Hüseynovla danışa bilmədiyini əlavə edib.

Qeyd edək ki, N.Hüseynovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

# 2292
avatar

Oxşar yazılar

Bu rayonlara  leysan yağıb   - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

1 iyun 2023 , 19:44
Sabah Bakının iki rayonunda  su olmayacaq

Sabah Bakının iki rayonunda su olmayacaq

1 iyun 2023 , 18:40
“Azerçay”dan 1 iyunda qayğıya ehtiyacı olan uşaqlara dəstək

“Azerçay”dan 1 iyunda qayğıya ehtiyacı olan uşaqlara dəstək

1 iyun 2023 , 18:03
Bəzi rayonlarda şişmək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şişmək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

1 iyun 2023 , 17:04
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

1 iyun 2023 , 16:23
Dünyanın ən yaxşı  10 çimərliyi

Dünyanın ən yaxşı 10 çimərliyi

1 iyun 2023 , 16:15
İdxal olunan köhnə maşınlardan 700 manat alınacaq  - SƏBƏB

İdxal olunan köhnə maşınlardan 700 manat alınacaq - SƏBƏB

1 iyun 2023 , 13:48
Sabah  leysan yağacaq   - HAVA PROQNOZU

Sabah leysan yağacaq - HAVA PROQNOZU

1 iyun 2023 , 13:13