Güzəştli şərtlərlə pensiyası alan şəxsin vəsaiti necə hesablanır? – CAVAB 
06 sentyabr 2024 10:40 (UTC +04:00)

Güzəştli şərtlərlə pensiyası alan şəxsin vəsaiti necə hesablanır? – CAVAB 

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu güzəştli şərtlərlə pensiyası alan şəxsin vəsaitinin hesablanması ilə bağlıdır.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olub və hazırda işləyirsə, pensiya necə hesablanır?

Lent.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il işləyib və işləməkdə davam edirsə, sonradan işlədiyi və yenidən hesablama aparılmamış sonuncu dövr üzrə toplanmış kapitalı 90%-lə nəzərə alınmaqla 72 aya bölünməklə yenidən hesablanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3432
avatar

Arzu Qurbanlı

Oxşar yazılar