Gecədən başlayan güclü külək nəticəsində Bakıda indiyə qədər 37 ağac sınıb.
Yaşıllaşma Təsərrüfat Birliyindən APA-ya verilən məlumata görə, 41 ağacın da budağı zədələnib.
Yaşıllaşma Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən zədələnən budaqlar kəsilib, sınan ağaclar götürülərək ərazi təmizlənib.