Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO
05 dekabr 2022 11:59 (UTC +04:00)

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə texniki seminar keçirilib.

Lent.az xəbər verir ki, 2022-ci il dekabrın 4-ü tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə klubun idman arenasında Azərbaycan Karate Federasiyaları Assosiyasiyasının I vitse-prezidenti, 2 qat dünya və avropa çempionu, SSRİ çempionu və “SSRİ idman xadimi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Əməkdar İdman ustası" fəxri adlarının və 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevin 60 illiyinə həsr olunmuş texniki seminar keçirilib.

Seminarda Sumqayıt şəhəri və Abşeron rayonundan 300-ə yaxın uşaq, yeniyetmə və gənc karateçilər iştirak edib. Seminarın açılış mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirib. Daha sonra Azərbaycan Respublikasının suverenliyi və torpaqları uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Texnki seminarda çıxış edən Füzuli Musayev bildirib ki, ulu öndərin davamçısı, Prezident İlham Əliyevin Olimpiya komitəsinin prezidenti olduqdan sonra Azərbaycanda idman inqilabi mərhələyə daxil olaraq beynəlxalq aləmdə böyük dirçəliş yaratması nəticəsində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda Avropa, dünya çempionatları və Olimpiya oyunlarında çox böyük uğurlar qazanıb və ölkəmizin müqəddəs bayrağını xarici arenalarda dalğalandıraraq idman salnaməsini yazıblar. Məhz cənab prezident, Ali Baş komandan İlham Əliyevin idmanın bütün növlərinin xüsusilə karate idman növünün ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı  əsas göstəricidir. Daha sonra  karatenin sirrlərindən, döyüş texnikalarından, uşaq, yeniyetmə və gənclərin sağlam və vətənpərvər ruhda yetişməsindən söhbət açıb. Daha sonra texniki seminar Füzuli Musayevin rəhbərliyi altında davam etdirilib. 

Seminarın sonunda karateçilərlə xatirə şəkilləri çəkllib.

Qeyd edək ki, Füzuli Musayev Azərbaycanda karate idman növünün geniş yayılmasına həyatını həsr etməklə bərabər  beynəlxalq miqyaslı idman yarışlarında çox böyük nailiyyətlər qazanan bir sıra idmançılar hazırlayıb. Məhz bu idmançılardan biri də uşaqlıq yaşından Füzuli Musayevin tələbəsi, beşqat dünya, 13 qat Avropa çempionu, Avropa və İslam oyunlarının qalibi, ölkəmizə ilk dəfə olaraq karate üzrə Olimpiya oyunlarının gümüş medalını sahibi “Qara brilyant” ləqəbli Rafael Ağayevdir.

Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkar fəaliyyətinə, idmançıların ölkəmizi karate idmanı üzrə beynəlxalq yarışlarında layiqincə təmsil etməsinə, zəhmətinə və digər nailiyyətlərinə görə ölkə rəhbəri tərəfindən 2015-ci ildə “Fəxri diplom”la, 2021-ci ildə isə “Tərəqqi medalı” ilə təltif edilib.

# 1449
avatar

Oxşar yazılar

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

28 yanvar 2023 , 19:03
Qar yağacaq, yollar buz bağlayacaq -  XƏBƏRDALIQ

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDALIQ

28 yanvar 2023 , 14:55
Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

28 yanvar 2023 , 12:54
Sabahın HAVASI:  bu yollar buz bağlayacaq

Sabahın HAVASI: bu yollar buz bağlayacaq

28 yanvar 2023 , 12:24
Xırdalan bu gün susuz qalacaq

Xırdalan bu gün susuz qalacaq

28 yanvar 2023 , 11:12
Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

27 yanvar 2023 , 23:03
Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09