"Formula -1"ə görə bu yollarda nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR
30 avqust 2024 22:21 (UTC +04:00)

"Formula -1"ə görə bu yollarda nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq səbəbindən avqustun 31-i saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.

Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il sentyabrın 13-15 -də keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar