FHN-dən uşaqların təhlükəsizliyi ilə bağlı  MÜRACİƏT    - VİDEO
15 sentyabr 2021 17:21 (UTC +04:00)

FHN-dən uşaqların təhlükəsizliyi ilə bağlı MÜRACİƏT - VİDEO

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Nazilrikdən Lent.az-a verilən xəbərə görə, müraciətdə bildirilir ki, mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə bağlı qapı arxasında, liftdə və s. məkanlarda köməksiz və ya təhlükəli vəziyyətdə qalmaları barədə məlumatlar daxil olur. Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.

Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, balacaların müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.

Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2974

Oxşar yazılar

Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə

Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə

25 avqust 2025 , 14:14
Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Bakının bu ərazilərində qaz kəsilib

Bakının bu ərazilərində qaz kəsilib

25 avqust 2025 , 13:25
Leysan, şimşək, dolu  - Sabahın HAVASI

Leysan, şimşək, dolu - Sabahın HAVASI

25 avqust 2025 , 12:17
Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

25 avqust 2025 , 11:26
Bakını toz bürüdü

Bakını toz bürüdü

25 avqust 2025 , 09:10
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

25 avqust 2025 , 08:22