“Bütün dünyanı gəzmək üçün hələlik ilk çıxış yolu test verməkdir”
Bu fikirləri Lent.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Həkim Adil Qeybulla
Həkim qeyd edib ki, hazırda səyahət etmək istəyənlər üçün ən universal üsul testdir:
“Bütün dünyanı gəzmək üçün vahid pasport sistemi yoxdur. Ona görə də kim xarici ölkəyə getmək istəyirsə, test verməlidir. COVID-19 pasportlarının peyvəndlənmə üzrə hansısa kriteriyaları müəyyən olunmayıb. Hər iki doza peyvənd olunduqdan 45 gün sonra immunitet formalaşır”.
Adil Qeybullanın sözlərinə görə, pasportu olan şəxsin xarici ölkələrdə nə zaman sərbəst gəzə biləcəyi ilə bağlı konkret tələblər də yoxdur:
“Bu baxımdan düşünürəm ki, pandemiya davam edərsə, yaxın zamanlarda Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı hansısa sənəd hazırlaya bilər. Amma bu gün xaricə getmək üçün test qəbul olunan üsuldur. Vahid sistem olsa, əlbəttə, həmin vahid kart üzrə Azərbaycan vətəndaşları da xarici ölkələrdə qəbul olunan peyvənd vurdurub, xaricə gedə bilər. Bununla bağlı hələ ki bir qayda qəbul olunmayıb”.