Daha sərt karantin rejiminə nə vaxt keçiləcək? -  AÇIQLAMA
19 mart 2021 16:25 (UTC +04:00)

Daha sərt karantin rejiminə nə vaxt keçiləcək? - AÇIQLAMA

“Sərtləşmə ilə bağlı qərarlar bizim cari vəziyyətimizə uyğun olaraq verilir. Bu da bizim hər bir vətəndaşımızdan asılıdır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, 3 təməl qaydaya riayət edilməlidir: “Britaniya ştammının daha yoluxucu olması təsdiqlənib. Ona görə də bayram ərəfəsində bütün vətəndaşlarımızı özlərini məhdudlaşmağa çağırıram. Kim rayona gedəcəksə, orada da özlərini qorumağa çağırıram. Çünki saylar artsa, Operativ Qərargahın başqa yolu qalmayacaq. Biz daha sərtləşdirilmiş karantin rejiminə keçməyə məcbur olacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3165
avatar

Oxşar yazılar