Bu il Azərbaycan ərazisində payız fəsli sentyabrın 22-də başlayacaq.
Bu barədə Lent.az-a AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov açıqlama verib.
Onun sözlərinə görə, payız fəsli sentyabrın 22-si, saat 17:30:36-da daxil olacaq: “Bu tarixdə gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır”.