Mətbuat Şurasının sədri Əflatun Amaşov
29 yanvar 2021 22:57 (UTC +04:00)

Mətbuat Şurasının sədri Əflatun Amaşov

“Bu, uydurmadır, ağ yalandır” - Əflatun Amaşov təkzib etdi

“Səhərdən məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım, özüm üçün müəyyən nəticə çıxarım”.

Lent.az bildirir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bəzi media orqanlarında onun prokurorluqda dindirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən söyləyib:

“Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar. Ona görə münasibət bildirirəm.

Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm.

Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki...

Hər kəsə təşəkkür edirəm!”

Qeyd edək ki, bu gün bir sıra yerli media orqanında ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra bir sıra jurnalistin, o cümlədən Ə.Amaşovun da istintaqa çağırılması xəbəri yayılıb. Hətta qeyd olunurdu ki, o, 4 saat dindirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3573
avatar

Oxşar yazılar