Sabahdan başlayaraq yanvarın 23-nə qədər Bakının Nizami rayonuna içməli suyun verilməsində fasilə yaranacaq.
Lent.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb su xəttində aparılacaq kompleks təmir işləridir.