Bakıda narkotik çəkib "avtoş"luq edən həbs olundu - VİDEO
20 yanvar 2025 17:33 (UTC +04:00)

Bakıda narkotik çəkib "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, yol hərəkəti qaydasını pozduğu üçün “Volkwagen” markalı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851

Oxşar yazılar

Gəncədə "07" iki piyadanı  vurdu

Gəncədə "07" iki piyadanı vurdu

6 fevral 2025 , 20:25
Şantaja görə həbs edilən  sayt rəhbərlərinin   məhkəməsi başladı

Şantaja görə həbs edilən sayt rəhbərlərinin məhkəməsi başladı

6 fevral 2025 , 18:27
Məhkəməyə verilən  saytla bağlı   QƏRAR

Məhkəməyə verilən saytla bağlı QƏRAR

6 fevral 2025 , 18:17
Milli Qvardiyanın  əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

Milli Qvardiyanın əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

6 fevral 2025 , 17:29
Famil Xəlilova hökm oxundu

Famil Xəlilova hökm oxundu

6 fevral 2025 , 17:04
Jurnalist Şəmşad Ağa həbs olundu

Jurnalist Şəmşad Ağa həbs olundu

6 fevral 2025 , 16:51
Jurnalist Şahnaz Bəylərqızı həbs olundu

Jurnalist Şahnaz Bəylərqızı həbs olundu

6 fevral 2025 , 15:00
Məhkəmədən Əli Kərimli ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Əli Kərimli ilə bağlı YENİ QƏRAR

6 fevral 2025 , 14:41