Müğənni 24 yaşlı qızın başını kəsib  çantada daşıdı
20 yanvar 2025 12:42 (UTC +04:00)

Müğənni 24 yaşlı qızın başını kəsib çantada daşıdı

Nigeriyanın Nasarava əyalətində müğənni Timileine Ajayi bir qızı öldürüb meyitini parçalamaqda şübhəli bilinərək həbs edilib.

Lent.az-ın məlumatına görə, bu barədə BBC News xəbər verir.

Məlumata görə, Ajayi ruhani xristian musiqisinin janrı olan İncil müğənnisi kimi tanınır. O, şübhəli davranışına görə yaxalanıb. Ajayinin qəribə çantasını görənlər polisə müraciət ediblər. Polis onu saxlayıb və çantasında 24 yaşlı Salome Adaydunun kəsilmiş başını tapıb. Qızın qalan hissələri müğənninin evində aşkarlanıb.

Ajayinin qurbanı Milli Gənclik Xidməti Korpusunun üzvü olub. Adaydunun rəfiqəsi jurnalistlərə bildirib ki, anası faciəli xəbəri eşidəndən sonra huşunu itirib. O, hadisədən bir az əvvəl ərini, indi də qızını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Oxşar yazılar