Çində 35 nəfəri öldürən sürücü edam edilib.
Lent.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edək ki, noyabrın 11-də Fan Veyqiu Çinin cənubundakı Çjuhay şəhərində avtomobil qəzası törədib. O, idmanla məşğul olan insanları vurub. 35 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Sürücü hadisə yerindən qaçmağa çalışsa da, saxlanılıb.
Fan Veyqiu dekabr ayında ölüm cəzasına məhkum edilib. O, hökmdən apellyasiya şikayəti verməyib.