Bakıda bu qadını tapana pul veriləcək
20 yanvar 2025 12:17 (UTC +04:00)

Bakıda bu qadını tapana pul veriləcək

Bakı şəhəri Xətai rayonunda 22 yaşlı qadın 1 aydır itkin düşüb. 

Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Gülasər Mustafayeva dekabrın 24-də səhər saatlarında yaşadığı ünvandan ailəsini və 2 yaşlı qız uşağını qoyaraq evdən gedib və bir daha geri qayıtmayıb.  

Faktla bağlı polisə məlumat verilib.

Qeyd edək ki, 2 yaşlı körpə uşağa atası baxır. Uşaq günlərdir ağlayır və hər kəs pərişan haldadır. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, qadını tapan şəxsə pul mükafatı veriləcəyi bildirilir.

İtkin düşən qadını görənlərdən 070 431 33 39 telefon nömrəsinə və ya polisə məlumat vermələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Oxşar yazılar