Ana və iki uşağı evdə diri-diri yandı
20 yanvar 2025 14:27 (UTC +04:00)

Ana və iki uşağı evdə diri-diri yandı

Rusiyanın Moskva vilayətində fərdi yaşayış evində yanğın olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə səhər tezdən Ximki şəhər rayonunun Kluşino kəndində baş verib. Nəticədə iki uşaq və onların anası ölüb. 

Ölən qadının 43, qızının 13, oğlunun isə 10 yaşı olub. Ailənin digər uşağı, 7 yaşlı oğlan isə xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb. Yanğının dəqiq səbəblərini müəyyən etmək üçün yanğın-texniki ekspertiza aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar