Bu ölkədə yaşlılar pulsuz yaşamaq üçün həbsxanalara axışırlar
20 yanvar 2025 10:15 (UTC +04:00)

Bu ölkədə yaşlılar pulsuz yaşamaq üçün həbsxanalara axışırlar

Yaponiyanın yaşlı sakinləri sağ qalmaq üçün könüllü olaraq həbsxanaya qaçıblar. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Yaponiyanın ən böyük qadın həbsxanası əsasən yaşlı insanlarla doludur. Eyni zamanda, yerli mühafizəçilərin sözlərinə görə, məhbuslar üçün tənhalıq problemi o qədər kəskindir ki, onlar dəmir barmaqlıqlar arxasında qalmağa üstünlük verirlər.

“Hətta elə insanlar var ki, burada əbədi yaşamaq üçün ayda 20,000 və ya 30,000 yen (130-190 ABŞ dolları) ödəməyə hazırdırlar”, - deyə Toçiqi Qadın Həbsxanasının əməkdaşı Takayoşi bildirib.

Məlumdur ki, məhkumlar həbsxanada həyatda çatışmayan müntəzəm yemək, pulsuz tibbi xidmət, qayğı və ünsiyyət alırlar. “Bu həbsxanada çox yaxşı insanlar var. Bəlkə də bu həyat mənim üçün ən stabil həyatdır”, - yemək oğurluğuna görə cəza çəkən 81 yaşlı cinayətkar etiraf edib.

Bundan əlavə, 65 yaşdan yuxarı yaponların 20 faizinin yoxsulluq içində yaşadığı qeyd edilir. Mühafizəçi Takayoşi insanların çoxunun sağ qalmaq üçün həbsxanaya üz tutduğunu deyib: “Bura soyuqdan isti yer üçün və ya ac olduğuna görə gələnlər var. Onlar həbsxanada olarkən pulsuz tibbi xidmət ala bilərlər, lakin azadlığa çıxanda bunun üçün pulu özləri ödəməli olacaqlar. Ona görə də bəzi insanlar burada mümkün qədər uzun müddət qalmaq istəyirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar

Çində 35 nəfəri öldürən sürücü edam olundu

Çində 35 nəfəri öldürən sürücü edam olundu

20 yanvar 2025 , 15:02
Qocalar evində YANĞIN:  8 nəfər öldü

Qocalar evində YANĞIN: 8 nəfər öldü

20 yanvar 2025 , 13:47
Müğənni 24 yaşlı qızın başını kəsib  çantada daşıdı

Müğənni 24 yaşlı qızın başını kəsib çantada daşıdı

20 yanvar 2025 , 12:42
HƏMAS israilli girovlara "hədiyyə" verib azad etdi

HƏMAS israilli girovlara "hədiyyə" verib azad etdi

20 yanvar 2025 , 11:33
Tramp bu şəxsləri işdən çıxarır

Tramp bu şəxsləri işdən çıxarır

20 yanvar 2025 , 08:26
İsrail 90 fələstinli məhbusu azad etdi

İsrail 90 fələstinli məhbusu azad etdi

20 yanvar 2025 , 06:03
Ukrayna Rusiyanın ötənilki itkilərini açıqladı

Ukrayna Rusiyanın ötənilki itkilərini açıqladı

20 yanvar 2025 , 03:52
“TikTok” ABŞ-dəki işini davam etdirir

“TikTok” ABŞ-dəki işini davam etdirir

20 yanvar 2025 , 02:03