Bu ölkədə  anomal istilər   başladı
17 sentyabr 2023 09:48 (UTC +04:00)

Bu ölkədə anomal istilər başladı

İndi yazın pik vaxtı olan Avstraliyanın çox hissəsi anomal istilərdən əziyyət çəkir. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Yeni Cənubi Uels ştatının ən çox əhali yaşayan Sidneydə havanın temperaturu +34,2 dərəcəyə çatıb ki, bu da sentyabr ayı ilə müqayisədə 12 dərəcə yüksəkdir. 

"Cənubi Avstraliya, Yeni Cənubi Uels və Viktoriya ştatının şimal-şərqində bazardan cümə axşamına kimi rekord səviyyəli gündüz və gecə temperaturu gözlənilir", - Avstraliya Meteorologiya Bürosundan məlumat verilib.

Ümumilikdə, ölkə ərazisində havanın temperaturu ilin bu dövrü üçün orta səviyyədən 8-16 dərəcə yüksəkdir. Artıq yerli sakinlər çimərliklərdə aktiv şəkildə dincəlir və sosial şəbəkələrdə fotolar paylaşırlar.

2019-2020-ci illərdə Avstraliya “qara yay”dan əziyyət çəkib, bu müddət ərzində ölkəni kütləvi meşə yanğınları bürüyüb, 30-dan çox adam ölüb və Türkiyə böyüklüyündə bir ərazi yanıb. Bununla belə, Avstraliyada son iki ildə yanğın mövsümü nisbətən sakit keçib.

Builki isti dalğası Avstraliyaya sentyabr-noyabr aylarında daha da quru və isti hava gətirəcəyi gözlənilən “El-Nino” istiləşmə mərhələsinin yaxınlaşması, həmçinin meşə yanğınlarından siklonlara və uzun sürən quraqlığa qədər ekstremal hava hadisələri ilə əlaqələndirilir.

“El-Nino” - bu nədir və bu fenomen havaya necə təsir edir?

Son üç il ərzində Yer "soyutma mərhələsi" olan “La-Nina”nın təsiri altındadır. Bununla belə, hazırda “El Nino2nun “isti fazası” başlayır ki, bunun da qlobal temperaturun daha da yüksəlməsinə, bütün dünyada daha da ekstremal hava hadisələrinə səbəb olacağı gözlənilir. 

NASA alimləri “El-Nino”nun 2024-cü ili bu ildən daha da isti edəcəyini proqnozlaşdırırlar.

# 11532
avatar

Oxşar yazılar