Bu ölkədə 100 yaşdan yuxarı  sakinlərin sayı rekord həddə  çatdı
19 sentyabr 2024 13:29 (UTC +04:00)

Bu ölkədə 100 yaşdan yuxarı sakinlərin sayı rekord həddə çatdı

Yaponiyada yaşı 100-dən yuxarı olan sakinlərin sayı 95,1 min nəfəri ötüb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, bu, 1963-cü ildən bu yana belə statistikanın aparıldığı bütün dövr üçün mütləq rekorddur.

Yaponiyada 54 il dalbadal 100 yaşdan yuxarı insanların sayı artıb. 2023-cü ildə demək olar ki, 3 min nəfər artıb.

Yaşı 100-dən yuxarı olan yaponların 88 faizdən çoxunu qadınlar təşkil edir. Ölkədə həm də planetin ən yaşlı insanı - 1908-ci ildə anadan olmuş 116 yaşlı Tomiko İtuka yaşayır.

Yaşı 65-dən yuxarı olan Yaponiya sakinlərinin sayı son bir ildə 20 min nəfər artaraq 36,25 milyon nəfərlə bütün zamanların rekorduna çatıb. Hazırda onlar ölkə əhalisinin 29,3 faizini təşkil edir. 80 yaşdan yuxarı yaponların sayı demək olar ki, 13 milyon nəfərə çatıb - bu, 125,1 milyonluq ümumi əhalinin 10,4 faizini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3465
avatar

Oxşar yazılar